BMT: Sanksiyalar humanitar vəziyyəti ağırlaşdırmamalıdır

BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik

© APA | BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik

# 23 avqust 2021 21:38 (UTC +04:00)

Heç bir sanksiya humanitar vəziyyəti ağırlaşdırmamalıdır.

APA xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəzi ölkələrin “Taliban” əleyhinə yeni sanksiyalar tətbiq etməklə bağlı çağırışlarına münasibət bildirərkən deyib.

“Həmişə bildirmişik ki, hansı sanksiyalar tətbiq olunsa da, sanksiyalar Təhlükəsizlik Şurasının arsenalında çox vacib bir vasitədir – hansı sanksiyalar tətbiq olunsa da, humanitar vəziyyəti gərginləşdirməməlidir. Bu, katibin müvafiq mövqeyidir”, - deyə Düjarrik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR