Braziliyada baş vermiş avtoqəzada 12 nəfər ölüb - FOTO

Braziliyada baş vermiş avtoqəzada 12 nəfər ölüb - FOTO
# 30 sentyabr 2021 23:32 (UTC +04:00)

Braziliyanın Mundu-Novu bələdiyyəsində (Baiya ştatından şimalda) baş vermiş ağır avtomobil qəzası nəticəsində azı 12 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Evkalipt odunu daşıyan yük maşını döngədə sürüşüb, bu zaman onun qoşqusu aşıb və yük əks zolaqda hərəkət edən avtobusa və mikroavtobusa dəyib.

Hadisə nəticəsində, həmçinin 22 nəfər xəsarət alıb, onlar xəstəxanalara yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır.

Yük maşınının sürücüsü hadisə yerindən qaçıb, polis hazırda onu axtarır. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR