Braziliyada COVID-19-a yoluxanların sayı 18 milyonu ötüb

Braziliyada COVID-19-a yoluxanların sayı 18 milyonu ötüb
# 23 iyun 2021 04:09 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 87 822 nəfərin koronavirus infeksiyasına yoluxması, 2131 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 054 653 nəfər yoluxub. Bu müddət ərzində 504 717 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 388 847 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR