Braziliyada elektrik dirəyinin aşması nəticəsində 7 nəfər ölüb

Braziliyada elektrik dirəyinin aşması nəticəsində 7 nəfər ölüb
# 17 iyul 2021 05:01 (UTC +04:00)

Braziliyanın şimalındakı Para ştatında qurulmaqda olan böyük elektrik dirəyinin aşması nəticəsində azı yeddi nəfər ölüb, beş nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “G1” portalı bələdiyyənin səhiyyə departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 6 nəfər hadisə yerində, daha bir nəfər xəstəxanada ölüb. Xəsarət alanlara tibbi yardım göstərilib, vəziyyətləri barədə başqa məlumat verilmir.

Bildirilir ki, insident zamanı azı 26 nəfər hadisə yerində çalışırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR