Dünyada COVID-19 qurbanlarının sayı 4,5 milyonu ötüb

Dünyada COVID-19 qurbanlarının sayı 4,5 milyonu ötüb
# 30 avqust 2021 06:37 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu keçib.

APA xəbər verir ki, belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti dərc edib.

Bakı vaxtı ilə saat 04:05-ə olan məlumata görə, dünyada COVID-19-dan ölənlərin sayı 4 500 135-ə çatıb. Təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 216,3 milyonu ötüb.

Koronavirus xəstələri arasında ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 637 mindən çox.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR