Haitinin Baş naziri Henri rəhbərlik etdiyi hökumətin tərkibini təsdiqləyib

Haitinin Baş naziri Ariel Henri

© APA | Haitinin Baş naziri Ariel Henri

# 20 iyul 2021 08:02 (UTC +04:00)

Haiti prezident Jovenel Moizin öldürülməsindən iki gün əvvəl baş nazir vəzifəsinə təyin edilən Ariel Henri başçılıq etdiyi ölkənin yeni hökumətini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə respublikanın “Monitor” rəsmi qəzetində məlumat dərc olunub.

Bildirilib ki, Baş nazirin rəhbərlik etdiyi Nazirlər Şurası yeni prezident seçilənə qədər icra hakimiyyətinə sahib olacaq.

Henri həm də Əmək və sosial işlər naziri vəzifəsini icra edəcək. Moiz öldürüldükdən sonra baş nazir vəzifəsini icra edən Klaude Jozef yeni kabinetdə xarici işlər və dini işlər naziri vəzifəsinə gətirilib.

Haiti hökumət üzvlərinin andiçmə mərasiminin iyulun 20-də paytaxt Port-a-Prensdə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcəyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR