Kaliforniyada meşə yanğınlarına görə 16 min nəfər təxliyə olunub

Kaliforniyada meşə yanğınlarına görə 16 min nəfər təxliyə olunub
# 06 avqust 2021 08:03 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli təcili tibbi yardım departamentinin “Twitter” səhifəsində məlumat yayılıb.

“Saat 09:00-a (Bakı vaxtı ilə 20:00) qədər ştatda baş verən yanğınlar təxminən 16 min insanın təxliyə edilməsinə səbəb olub”, - məlumatda belə deyilir.

Yerli icra qurumları sakinlərə müraciətdə bildirib ki, “bir saniyə belə vaxt itirmədən təxliyə olunsunlar, çünki saniyə insan həyatını xilas edə bilər”.

Ştatın qubernatoru Qevin Nyusom qeyd edib ki, Kaliforniya administrasiyası yanğının söndürülməsi üçün federal hökumətdən əlavə vəsait əldə edib.

Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adı verilmiş yanğındır. O, ştatda sahəsinə görə altıncı ən böyük yanğın kimi tanınır. Yanğın Kaliforniyanın şimal-şərqində 1000-dən çox əhalisi olan Qrinvill qəsəbəsindəki evlərin çoxunu məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR