Kanadada hücum zamanı 3 nəfər bıçaqlanıb

Kanadada hücum zamanı 3 nəfər bıçaqlanıb
# 13 sentyabr 2021 06:41 (UTC +04:00)

Kanadanın Monreal şəhərində naməlum şəxs hücum edərək üç nəfər bıçaqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı iki qadın və bir kişi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur hazırda.

Hücum edən şəxs saxlanılıb, lakin onun şəxsiyyəti hələlik açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR