Kanadada kranın aşması nəticəsində 4 nəfər ölüb

Kanadada kranın aşması nəticəsində 4 nəfər ölüb
# 14 iyul 2021 01:26 (UTC +04:00)

Kanadanın Kilouna şəhərində inşaat işləri aparılan ərazidə bədbəxt hadisə baş verib.

APA “CBC” kanalına istinadən xəbər verir ki, tikinti aparılan ərazidə karanın aşması nəticəsində 4 nəfər dünyasını dəyişin.

Hadisə kranın sökülməsi üçün hazırlıq işləri görüldüyü zaman baş verib.

Ölənlərdən birinin cəsədi hələ də tapılmır. Onun dağıntılar altında qaldığı ehtimal edilir.

Daha iki nəfər yüngül xəsarətlə xəstəxanaya aparılıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, ərazidə xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR