Kolumbiyada evə basqın nəticəsində 9 nəfər güllələnərək öldürülüb

Kolumbiyada evə basqın nəticəsində 9 nəfər güllələnərək öldürülüb
# 01 iyun 2021 08:22 (UTC +04:00)

Kolumbiyanın cənub-qərbində naməlum silahlı şəxslər tərəfindən 9 nəfər güllələnib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Alxesiras bölgəsindəki evlərdən birində baş verib.

Silahlı şəxslər evə hücum edərək, 8 kişi və bir qadını öldürüblər. Hücumun səbəbləri məlum deyil.

Qeyd edək ki, Kolumbiyada bu ilin əvvəlindən bəri 41 nəfər analoji şəkildə qətlə yetirilib.
Alxesiras bölgəsində artıq 3-cü dəfədir ki, oxşar motivli hadisə baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR