Meksikada naməlum silahlılar hoteldən 20 əcnəbini qaçırıblar

Meksikada naməlum silahlılar hoteldən 20 əcnəbini qaçırıblar
# 15 sentyabr 2021 02:08 (UTC +04:00)

Meksikanın mərkəzindəki San-Luis-Potosi ştatının Matehuala bölgəsində naməlum cinayətkar qrup hoteldən təxminən 20 nəfər xarici vətəndaşı qaçırıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ştat prokurorluğu yayıb.

“Mən oraya əməkdaşları göndərdim ki, araşdırmalara qatılsınlar və Matehualada olanlara tapşırdım ki, məlumatları təhlil etsinlər və qaçırılan əcnəbilərin harada olduqlarını müəyyənləşdirməkdə köməklik göstərsinlər”, - deyə qurumun rəhbəri Federiko Herrera bildirib.

Şahidlərin sözlərinə görə, Haiti və Venesuela vətəndaşları üç avtomobillə hotelə gələn silahlı şəxslər tərəfindən qaçırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR