Meksikada qaldırıcı kranın aşması nəticəsində 5 nəfər ölüb

Meksikada qaldırıcı kranın aşması nəticəsində 5 nəfər ölüb
# 30 avqust 2021 23:16 (UTC +04:00)

Meksikanın Mexiko ştatında yol tikintisi zamanı qaldırıcı kran aşıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, nəticədə 5 inşaatçı ölüb, 2 nəfər yaralanıb.

Hadisə dəmir materialların qaldırılması zamanı baş verib. Dəmirlərin normadan artıq yüklənməsi kranın aşmasına səbəb olub və 5 işçinin üzərinə düşüb. Yaxınlıqda olan 2 nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR