Papua-Yeni Qvineyada 5.7 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 5.7 bal gücündə zəlzələ olub
# 20 iyul 2021 06:15 (UTC +04:00)

Papua-Yeni Qvineya sahillərində 5.7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilib.

Zəlzələ yerli vaxtla 20.30-da (Bakı vaxtı ilə 00.30) Manus əyalətinin Lorenqau şəhərindən 163 kilometr cənub-qərbdə qeydə alınıb.

Yeraltı təkanın ocaq 10 kilometr dərinlikdə olub.

Ehtimal olunan itkilər və ziyan barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR