Paraqvayın birinci xanımının bacısı ABŞ-da binanın çökməsi zamanı ölüb

Paraqvayın birinci xanımının bacısı ABŞ-da binanın çökməsi zamanı ölüb
# 09 iyul 2021 07:34 (UTC +04:00)

Paraqvayın birinci xanımının bacısının, onun əri və uşaqlarından birinin adı da ABŞ-ın Florida ştatı, Serfsayd şəhərciyində yaşayış binasının çökməsi nəticəsində ölənlər arasındadır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Paraqvayın “ABC Color” qəzeti ölkənin xarici işlər naziri Euklides Asevedoya istinadən məlumat yayıb.

İyun ayının sonunda Paraqvay prezidentinin həyat yoldaşı Silvana Lopes Moreyra de Abdonun xilasetmə əməliyyatına nəzarət etmək üçün Mayamiyə uçduğu xəbər verilmişdi. Onun bacısı Sofiya əri və üç uşağı ilə birgə çökmüş binada yaşayırdı.

“Sizin köməyinizlə bu kədərli xəbəri vətəndaşlarımızla bölüşmək istəyirəm. Sofiya Lopes Moreyranın, onun əri Luis Pettendcillin və kiçik oğlunun cəsədləri dağıntılar altından tapılıb”, - deyə nazir nəşrə açıqlamasında bildirib.

Nazir əlavə edib ki, cütlüyün digər iki qızının və dayənin cəsədlərinin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR