Pentaqon: Əfqanıstanda olan ABŞ qoşunlarının 30-44 faizi ölkədən çıxarılıb

Pentaqon: Əfqanıstanda olan ABŞ qoşunlarının 30-44 faizi ölkədən çıxarılıb
# 01 iyun 2021 23:24 (UTC +04:00)

“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 30-44 faizi tamamlanıb”. 

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Orta Asiya və Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının məlumatında bildirilib.

Qeyd edilib ki, Prezident Co Baydenin geri çəkilmə qərarını verdikdən sonra, hərbi təchizatı çıxarmaq üçün Pentaqonun “C-17” hərbi nəqliyyat təyyarələri vasitəsilə, təqribən 300 uçuş həyata keçirib: “Bundan əlavə, 13 000 hərbi texnika Maddi-Texniki Dəstək Departamentinə təhvil verilib. Geri çəkilmə prosesinin 30-44 faizi tamamlanıb”. 

Komandanlıq ABŞ hərbçilərinin fərqli vilayətlərdə artıq altı bazanı Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verdiklərini də açıqlayıb.

Xatırladaq ki, ABŞ lideri bu ilin aprelin 14-də Birləşmiş Ştatların Əfqanıstandakı qoşunlarının missiyasını sona çatdırması ilə bağlı qərarını açıqlamışdı. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR