Pentaqon rəsmisi: "ABŞ qoşunlarını çıxarandan sonra Kabil aeroportunun təhlükəsizliyinə cavabdehlik daşımayacaq"

Con Kirbi

© APA | Con Kirbi

# 25 avqust 2021 19:21 (UTC +04:00)

ABŞ qoşunlarını Əfqanıstandan çıxarandan sonra Kabil aeroportunun təhlükəsizliyinə görə cavabdehlik daşımayacaq.

APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi çıxış edib.

O bu gün keçirdiyi brifinqdə bildirib ki, missiyanı bitirdikdən sonra aeroport onların cavabdehliyində olmayacaq.

Pentaqon rəsmisi qeyd edib ki, təxliyə üçün son tarix kimi müəyyən olunmuş 31 avqusta qədər ABŞ Müdafiə Nazirliyi əsas diqqəti hərbi qulluqçuların və hərbi texnikanın çıxarılmasına yönəldəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR