Peruda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

Peruda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb
# 31 avqust 2021 22:11 (UTC +04:00)

Perunun mərkəzində avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA xəbər verir ki, bu barədə “Andina” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus sürücüsü sürət həddini aşıb. Hadisə yeri çətin keçilən relyefə malik olduğundan xilasetmə əməliyyatı bütün gün davam edib.

Qeyd edək ki, bundan əvvəl “Gestion” qəzeti yol polisinin rəisi Manuel Losadaya istinadən qəzada 17 nəfərin ölməsi barədə məlumat vermişdi. Bildirilir ki, Uanuko şəhərindən paytaxta gedən avtobus təpəyə çırpıldıqdan sonra dərəyə düşüb. Avtomobilin sürücüsünün maşını sürərkən yuxuya getdiyi də ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR