Psaki: Strateji sabitlik üzrə Rusiya-ABŞ dialoqu yaxın həftələrdə başlayacaq

Ağ Evin sözçüsü Cen Psaki

© APA | Ağ Evin sözçüsü Cen Psaki

# 22 iyun 2021 06:15 (UTC +04:00)

“ABŞ və Rusiya arasında Cenevrə sammitində qəbul edilən qərarların bir hissəsi olaraq, yaxın həftələrdə strateji sabitlik mövzusunda dialoqa başlayacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki brifinqdə bildirib.

Psaki deyib ki, ABŞ Prezidenti Co Bayden Cenevrədə nəyə nail olmaq istədiyini açıqladı: “Bu, ABŞ və Rusiyanın qarşılıqlı maraqları əsasında birgə çalışa biləcəkləri sahələrin istiqamətləridir”.

O, əlavə edib ki, dialoqların bəziləri ABŞ Dövlət katibi səviyyəsində müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR