Quterreş Əfqanıstanda məsciddə törədilmiş terror aktını pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş

© APA | BMT-nin Baş katibi Antonio Quterreş

# 08 oktyabr 2021 21:35 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanın Kunduz əyalətindəki şiə məscidində törədilmiş terror aktını barbar hücum adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

“BMT-nin Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”, - Düjarrik belə deyib.

Qeyd edək ki, Əfqanıstanın şimalında, Kunduz əyalətindəki Seyid-Abad şiə məscidində törədilmiş partlayış nəticəsində 100-ə yaxın insan ölüb, onlarla insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR