Qvatemalada Fueqo vulkanı püskürüb

Qvatemalada Fueqo vulkanı püskürüb
# 23 sentyabr 2021 22:42 (UTC +04:00)

Bu gün Qvatemalanın mərkəzində yerləşən Fueqo vulkanı yenidən püskürməyə başlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin Təbii fəlakətlərlə mübarizə üzrə Milli Koordinasiya Mərkəzinin məlumat yayıb.

Əhali arasında itkilər barədə məlumat verilməyib. Səlahiyyətlilər vulkanın yaxınlığındakı bölgələrdə yaşayan əhalini ehtiyatlı davranmağa çağırıb. Qeyd edilib ki, zərurət olarsa, təxliyə üçün hazır olsunlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR