Rusiyanın Vaşinqtondakı səfiri işinə geri dönüb - YENİLƏNİB

Anatoliy Antonov, Rusiyanın Vaşinqtondakı səfiri

© APA | Anatoliy Antonov, Rusiyanın Vaşinqtondakı səfiri

# 20 iyun 2021 10:40 (UTC +04:00)

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov artıq ABŞ-a yola düşüb.

APA bildirir ki, səfir “RİA Novosti” agentliyinin əməkdaşına bildirib ki, artıq bir neçə görüş planlaşdırılıb.

Antonov konstruktiv qarşılıqlı fəaliyyətə ümid bəslədiyini də qeyd edib:

"Qarşıda çox iş var. İnkişafa ümid edirik".

10:27

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov Moskva Şeremetyevo hava limanından ABŞ-a yola düşür.

APA bildirir ki, bu barədə hadisə yerindən TASS-ın müxbiri məlumat verib.

Məlumata görə, diplomat mediaya heç bir açıqlama vermədən səfər edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 16 iyunda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra iki ölkənin səfirlərinin iş yerlərinə qayıtması ilə əlaqədar razılığa gəldiklərini açıqlamışdı.

Rusiya-Amerika münasibətləri Baydenin müsahibə zamanı Putini "qatil" hesab edib etmədiyi ilə bağlı suala müsbət cavab verməsindən sonra kəskinləşib. Bundan sonra Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvaya dəvət edilib və üç aya yaxındır ki, öz ölkəsindədir. ABŞ səfiri Con Sullivan da 22 apreldə Vaşinqtona gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR