Vladimir Putin və Con Kerri arasında telefon danışığı olub

Vladimir Putin, Con Kerri

© APA | Vladimir Putin, Con Kerri

# 14 iyul 2021 14:57 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin İqlim Məsələləri üzrə Xüsusi Nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Moskvada işgüzar səfərdə olan Con Kerri rus həmkarları ilə görüşləri barədə Rusiya Prezidentinə məlumat verib.

Rusiya Prezidenti ölkəsinin Paris Sazişinin hədəflərinə nail olmağa böyük əhəmiyyət verdiyini vurğulayıb və bu sahədə siyasətsiz və peşəkar bir dialoqun tərəfdarı olduğunu bildirib. Tərəflər BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyası (Qlazqo, 31 oktyabr - 12 Noyabr, 2021) Tərəfləri Konfransının 26-cı sessiyasına hazırlıq məsələlərini müzakirə ediblər.

Rusiyanın Arktik Şurasına hazırkı sədrliyi kontekstində Arktikada ikitərəfli ekoloji əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, iqlim dəyişikliyi Rusiya və ABŞ-ın ortaq maraq və yanaşma sərgilədiyi sahələrdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR