Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı artıb

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı artıb
# 06 avqust 2008 07:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycandan 51,4 mln. ABŞ dolları məbləğində bitkiçilik, 6,3 mln. dollar məbləğində isə heyvandarlıq məhsulları ixrac edilib. «APA-Economics»in məlumatına görə, bunu hökumətin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirəsində kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. İ. Abasovun sözlərinə görə, bu, 2007-ci ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 13,9 mln. və 2,9 mln. ABŞ dolları çoxdur.
Nazir bildirib ki, Azərbaycanda cari ilin birinci yarısında ət istehsalı 1,9%, süd istehsalı 2,7%, yumurta istehsalı 13,1%, yun istehsalı isə 3,1% artıb. Nazirin sözlərinə görə, ölkə əhalisinin ərzaq buğdası ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2009-cu ilin məhsulu üçün 620 min hektar sahədə buğda əkilməsindən ötrü 136 min 400 ton yüksək reproduksiyalı toxuma tələbat var: «Keyfiyyətli səpin üçün ölkəyə rayonlaşdırılmış yüksək reproduksiyalı toxum gətirilməsinə ehtiyac duyulur».
O, “Aqrolizinq” ASC tərəfindən 2005-ci ildən indiyədək ölkəyə 565 taxılyığan kombayn, 1578 traktor, 120 ekskavator, 21 texnoloji avadanlıq, 4396 ədəd digər kənd təsərrüfatı maşınları, 161 min ton mineral gübrələrin gətirildiyini də qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR