Azərbaycan və Fransanın birgə layihəsi çərçivəsində şimal bölgəsində 13 növ yeni alma sortu yetişdirilib

Azərbaycan və Fransanın birgə layihəsi çərçivəsində şimal bölgəsində 13 növ yeni alma sortu yetişdirilib
# 06 sentyabr 2008 08:44 (UTC +04:00)
Quba-APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Fransanın “Haore” Kənd Təsərrüfatı Palatası ilə birgə həyata keçirdiyi FRAZER layihəsi çərçivəsində şimal rayonlarında meyvəçiliyi inkişaf etdirmək məqsədi ilə Quba və Qusar rayonlarında 13 növ yeni alma sortu yetişdirilib. Quba Regional Aqrar Elmi Mərkəzinin direktoru İlham Qurbanovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, layihə çərçivəsində adıçəkilən rayonlarda 100 ha meyvə bağı salınıb. Bu il həmin bağlar ilk bəhrəsini verib. Təcrübənin uğurlu alındığını deyən İ. Qurbanovun sözlərinə görə, yeni meyvə sortları ənənəvi sortlardan 2 dəfə artıq məhsul verib. Bu meyvələrin bazarda rəqabətə davamlı olduğu bildirilir. Mütəxəssislər anoloji təcrübəni Dəvəçi, Siyəzən və Xızı rayonlarında da sınaqdan keçirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR