Dünya bazarında neftin qiyməti son 7 ayda ən aşağı səviyyəyə düşüb

Dünya bazarında neftin qiyməti son 7 ayda ən aşağı səviyyəyə düşüb
# 16 sentyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 5,47 dollar düşərək 1 barelə görə 97,71 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, bu, son 7 ay ərzində ən aşağı göstəricidir. ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,20 dollar – 92,38 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, hərraca ABŞ-ın maliyyə bazarındakı proseslər təsir göstərir. Belə ki, sərmayəçilər maliyyə böhranının yeni mərhələsinin neftə olan tələbatın azaldacağından ehtiyatlanırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR