Azərbaycan gübrə idxalını apreldə kəskin azaldıb

Azərbaycan gübrə idxalını apreldə kəskin azaldıb
# 18 may 2021 16:35 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 21 718,94 min ABŞ dolları dəyərində 83 405,16 ton gübrə idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 31,8%, həcm ifadəsində isə 28,4% azdır.

Mart ayı ilə müqayisədə isə bu ilin aprelində sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 54,1%, həcm ifadəsində isə 70% azalıb.

Qeyd edək ki, bu ilin ilk dörd ayında gübrə idxalının ümumi idxalda payı 0,62% təşkil edib, bu da ötən ilin eyni göstəricisindən 0,32 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR