Azərbaycan ötən ay tütün məmulatlarının idxalını 36% azaldıb

Azərbaycan ötən ay tütün məmulatlarının idxalını 36% azaldıb
# 19 avqust 2021 10:57 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 56,577 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur.

Təkcə iyul ayında 5,928 mln. manatlıq tütün məmulatları idxal olunub, bu isə iyun ayı ilə müqayisədə 36,4% azdır.

Qeyd edək ki, yanvar-iyul aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR