Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib
# 16 iyun 2021 15:38 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

"APA-Economics"in "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR