Aİ-nin ali komissarı Jozep Borrel İrana səfər edib

Aİ-nin ali komissarı Jozep Borrel İrana səfər edib
# 03 fevral 2020 11:18 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel İranda səfərdədir.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

A.Musəvi bildirib ki, J. Borrel səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, XİN başçısı Məhəmməd Cavad Zərif və parlamentin spikeri Əli Laricani ilə görüşəcək.

Görüşlərdə əsasən İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının son durumu, İran və Aİ arasındakı münasibətlər, eləcə də bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR