BMT Təhlükəsizlik Şurası Liviyadakı vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq

#
# 06:08
6 yanvar 2020

BMT Təhlükəsizlik Şurası Liviyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələr üçün toplaşacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatdakı mənbə bildirib.

Bundan bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının Liviyaya göndərilməsinin başladığını elan edib. Ancaq Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin artıq Liviyada olub-olmadığına toxunmayıb.

“Əvvəlcədən planlaşdırılan Suriya ilə bağlı məsləhətləşmələrdən sonra BMT Təhlükəsizlik Şurası Liviyadakı vəziyyəti də qapalı formatda müzakirə edəcək”, - deyə mənbə bildirib.

Hazırda Liviyada paralel olaraq iki idarəedici orqan var: Tripolidə beynəlxalq səviyyədə tanınan Milli Razılıq Hökuməti və parlamentlə birlikdə ölkənin şərqində fəaliyyət göstərən Abdullah Əbdürrəhman at-Taninin müvəqqəti kabineti.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR