Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB-1

Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb - <span class=YENİLƏNİB-1'>
# 30 avqust 2020 10:29 (UTC +04:00)

Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının ("Xiyuan Hotel") çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "Sinxya" agentliyi məlumat verib.

Məlumata görə, dağıntılar altından tapılan 7 nəfər ağır xəsarət alıb. 21 nəfərin yaralandığı bildirilir.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

 

29 avqust saat: 14:55

Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının ("Xiyuan Hotel") çökməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb, dörd nəfər yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə "Çin Mərkəzi Televiziyası" məlumat verib.

Bundan əvvəl telekanal dağıntılar altından 10 nəfərin olduğunu və 2 nəfərin öldüyünü xəbər vermişdi. Hadisə yerində çalışan xilasedicilər dağıntılar altından 43 nəfəri çıxara bilib, onlardan 13-ü ölüb, daha dörd nəfər ağır yaralanıb.

Hadisə yerində təxminən 710 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

12:33

Çinin Şansi əyalətində ikimərtəbəli hotelin binası çöküb, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə "Çin Mərkəzi Televiziyası" məlumat verib. 

Bundan əvvəl telekanal dağıntılar altından 10 nəfərin olduğunu və 2 nəfərin öldüyünü xəbər vermişdi. Son məlumata görə, hotelin çökməsi nəticəsində 37 nəfər dağıntılar altında qalıb.

Xilasedicilər 33 nəfəri tapıblar, onlardan 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerində təxminən 710 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR