Cənubi Koreyada kimyəvi zavodda partlayış olub, yaralılar var

Cənubi Koreyada kimyəvi zavodda partlayış olub, yaralılar var
# 04 mart 2020 05:31 (UTC +04:00)

Cənubi Koreyanın Sosan şəhərində “Lotte Chemical” şirkətinə məxsus kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində azı 26 nəfər yaralanıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 03:00-da (Bakı vaxtı ilə 22:00-da) neftin distillə olunduğu ərazidə başlayıb. İki saat davam edən mübarizədən sonra yanğının qarşısı 38 yanğınsöndürmə briqadası tərəfindən alınıb.

Hazırda zavodun əksər hissəsi bağlanıb, hadisə yerində müstəntiqlər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR