Fuat Oktay: "Terrorçuya terrorçu deyə bilməyən hər zaman tarixi təhrif edəcək"

Fuat Oktay: "Terrorçuya terrorçu deyə bilməyən hər zaman tarixi təhrif edəcək"
# 24 aprel 2021 17:44 (UTC +04:00)

"Əliqanlı terror təşkilatının tərəfdarları əsassız olaraq erməni iddialarının arxasınca gedib, bir daha Türkiyəni və millətimizi hədəf aldılar. Təəssüflər olsun".

APA-nın məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay "Twitter" hesabında yazıb.

"Terrorçuya terrorçu deyə bilməyən, əlbəttə, bir əsr əvvəl qonşusunu kürəyindən bıçaqlayan erməni dəstələrinin vəhşiliyinə məhəl qoymayacaq, hər zaman etdiyi kimi tarixi təhrif edəcək. Bəs onların arxasınca düşən CHP, İYİ partiyaya və tərəfdarlarına nə deyək?", - Fuat Oktay bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR