Hindistanda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub, ölənlər var

Hindistanda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub, ölənlər var
# 18 aprel 2021 08:33 (UTC +04:00)

Hindistanın Çhattisqarx ştatının Raypur şəhərində koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın zamanı azı dörd nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yerli polisə istinadən məlumat yayıb.

“Hadisə nəticəsində dörd xəstə ölüb. Onlardan biri yanaraq, daha üç xəstə isə boğularaq ölüb”, - deyə qəzet polis nümayəndəsinin açıqlamasından sitat gətirib.

Qəzetin yazdığına görə, yanğının səbəbi hava tənzimləyicisində baş vermiş qısaqapanma olub, daha sonra yanğın digər palatalara da yayılıb.

Yanğınsöndürənlər qalan xəstələri xəstəxana binasından təxliyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR