Hindistanın xarici işlər naziri İrana səfər edəcək

Hindistanın xarici işlər naziri İrana səfər edəcək
# 07 sentyabr 2020 12:19 (UTC +04:00)

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar İrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün Rusiyaya səfər edən Hindistan XİN rəhbəri bir neçə saat Tehranda da olacaq.

İran XİN-dən verilən məlumata görə, səfər zamanı S. Caişankar iranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüş keçirəcək.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı və bölgədəki durum müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR