Suriyanın İdlib bölgəsində aramsız leysan yağışları və fırtına nəticəsində qaçqın çadırlarının böyük qismi dağılaraq sel suları altında qalıb.
APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla xəbərinə görə, təbii fəlakətdə 3 uşaq ölüb, 30-dan çox düşərgə dağılıb.
Suriyalı qaçqınlar yay aylarında aylarında belə fırtınaya şahid olmadıqlarını bildiriblər.