İran Trampı “İnterpol” xətti ilə axtarışa verib

İran Trampı “İnterpol” xətti ilə axtarışa verib
# 29 iyun 2020 15:36 (UTC +04:00)

İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində beynəlxalq axtarış elan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.

Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslərin tutulması üçün “İnterpol"a müraciət edilib.

Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.

Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR