İranda bir neçə bələdiyyə sədri həbs olunub

İranda bir neçə bələdiyyə sədri həbs olunub
# 30 sentyabr 2020 16:08 (UTC +04:00)

Tehran vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Məhəmməd Cavad Heşməti Muhəzzəb Tehran vilayətinə daxil olan şəhərlərin bir sıra bələdiyyə sədrlərinin həbs olunduğunu bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, idarə rəisi deyib ki, son günlərdə Tehran vilayətinin bir sıra şəhərləri, o cümlədən Ləvasan, Şəhriyar və Rudəhən şəhərlərinin bələdiyyə başçıları həbs ediliblər.

O qeyd edib ki, bəzi bələdiyyə sədrləri rüşvət və korrupsiya cinayəti törədirlər, bu səbəbdən şəhər sovetləri tərəfindən ciddi nəzarətin olmaması bu kimi fəsadlara gətirib çıxarır.

Baş verən cinayətlərin əsas səbəbinin şəhər qurumlarındakı nüfuzlu məmurların tamahkarlığı olduğunu qeyd edən Ədliyyə Baş İdarəsinin rəisi bildirib ki, bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün şəhər sovetləri və icra hakimiyyəti başçıları tərəfindən nəzarət artırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR