İranda hərbçi üç polisi güllələyib

  İranda hərbçi üç polisi güllələyib
# 07 dekabr 2019 19:12 (UTC +04:00)

İranda hərbi qulluqçunun açdığı atəş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

APA-nın xəbərinə görə, bu barədə İRİB telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Ləng liman şəhərində baş verib.

Polisləri güllələyən şəxs saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR