İranda koronavirusdan ölənlərin sayı 2234 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 2234 nəfərə çatıb
# 26 mart 2020 13:54 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan 157 nəfər ölüb.

APA-nın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 2234 nəfərə çatıb.

O qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 406 nəfərə yüksəlib.

“Son 24 saat ərzində 2389 nəfər koronavirusa yoluxub. Bu günədək İranda koronavirusa yoluxmuş 10457 nəfər sağalıb”, - deyə K. Cahanpur vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR