İranda koronavirusdan ölənlərin sayı 514-ə çatıb

#
# 15:02
13 mart 2020

İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan daha 85 nəfər həyatını itirib.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 514-ə çatıb.

Xəstəliyə yoluxanların sayı isə 10 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR