İranda ötən sutkada koronavirusdan 388 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 388 nəfər ölüb
# 21 aprel 2021 13:46 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 388 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 67 913 nəfərə yüksəlib.

Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən sutkada 24 886 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu COVID-19-a yoluxanların sayı 2 311 813 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR