İranda son sutkada koronavirusdan 132 nəfər vəfat edib

#
# 14:56
8 avqust 2020

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 264 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 125 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 324 692 nəfərə çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR