İranda son sutkada koronavirusdan 50 nəfər ölüb

İranda son sutkada koronavirusdan 50 nəfər ölüb
# 13 may 2020 14:12 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6783 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 1958 yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19-a yoluxanların sayı 112 725 nəfərə yüksəlib.

Xəstəlikdən ümumilikdə 89 428 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2735 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR