İranda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza Gilan əyalətində, Saravan-Fumən magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Qəza nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.