Livan limanında təhlükəli kimyəvi maddələr olan 80-dək konteyner aşkarlanıb

Livan limanında təhlükəli kimyəvi maddələr olan 80-dək konteyner aşkarlanıb
# 24 avqust 2020 23:41 (UTC +04:00)

Livan hərbçiləri avqustun 4-də partlayış baş verən Beyrut dəniz limanının ərazisində adları hələ açıqlanmayan təhlükəli kimyəvi maddələrin olduğu 79 konteyner aşkar ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Mühəndis qüvvələrinin xüsusi bölməsi fransalı mütəxəssis qrupu ilə birgə 14-22 avqust tarixlərində liman ərazisində araşdırma apararkən əvvəlcə potensial təhlükəli kimyəvi maddələr olan 25 konteyner, daha sonra daha 54 konteyner aşkar edib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, “kimyəvi maddələrdə baş verəcək sızma həyat üçün təhlükə olduğundan, ordu tərəfindən bütün lazımi təhlükəsizlik tədbirləri görülüb”.

Beyrut limanında baş verən partlayışı livanlı hakim Fadi Savvan araşdırır. Dindirilmələrdən sonra onun göstərişi əsasında Beyrut limanının baş direktoru Həsən Kreytem və gömrük xidmətinin rəhbəri Badri Daher də daxil olmaqla 19 vəzifəli şəxs həbs edilib. Beynəlxalq Vəkillər Birliyinin üzvü, livanlı vəkil Buşra Xəlilin “TASS”-a verdiyi məlumata görə, vəzifə səhlənkarlığına yol vermiş və nəticədə qorxunc partlayışa səbəb olmuş şəxs barəsində ölüm hökmü də verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR