Pakistanda terror hücumları nəticəsində təhlükəsizlik xidmətinin 12 əməkdaşı ölüb

Pakistanda terror hücumları nəticəsində təhlükəsizlik xidmətinin 12 əməkdaşı ölüb
# 16 oktyabr 2020 06:13 (UTC +04:00)

Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş iki terror hücumunda xüsusi xidmət orqanının 12 əməkdaşı öldürülüb.

APA xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.

Qvadar bölgəsində naməlum silahlıların dövlətə məxsus “Oil & Gas Development Company Ltd” şirkətinin avtomaşın karvanına hücum etməsi nəticəsində altı əməkdaş ölüb. Hücumun yeri nəzarətə götürülüb, cinayətkarların axtarışı davam edir.

Razmak bölgəsində isə avtomobil yoluna qoyulmuş mina ilə hərbi maşın konvoyu partladılıb və nəticədə altı pakistanlı hərbçi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR