Qəzza bölgəsində partlayış zamanı 1 nəfər fələstinli ölüb

Qəzza bölgəsində partlayış zamanı 1 nəfər fələstinli ölüb
# 19 yanvar 2020 00:12 (UTC +04:00)

İsrail silahlı qüvvələrinin Qəzza bölgəsində törətdiyi patlayış nəticəsində bir nəfər həlak olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölən şəxs fələstinlidir.

Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidranın məlumatına görə, partlayış İsrail hərbçiləri tərəfindən quraşdırılmış kiçik partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib.

Qeyd edilib ki, partlayış sərhəd bölgəsində qeydə alınıb. Yerli mətbuatın xəbərinə görə, partlayış sərhəddən 300-500 metr məsafədə, fermerlərin əkin sahəsində olub. Ölən şəxsin təsərrüfat adamı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR