Səid Rəsuli: "Rəşt-Astara dəmir yolunun tikintisi prioritet məsələlərimizdəndir"

Səid Rəsuli: "Rəşt-Astara dəmir yolunun tikintisi prioritet məsələlərimizdəndir"
# 27 noyabr 2019 17:28 (UTC +04:00)

"Rəşt-Astara dəmir yolunun tikintisi və təkmilləşdirilməsi prioritet məsələlərimizdəndir".

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Dəmir Yolları İdarəsinin baş direktoru Səid Rəsuli deyib. Onun sözlərinə görə, Şimal-cənub dəhlizinin bu hissəsinin təkmilləşdirilməsi İran üçün prioritetdir.

S.Rəsuli qeyd edib ki, Bakı-Tehran dəmir yolunun bu marşrutla birləşməsi dəhlizin tamamlanması ilə baş tutacaq.

Qeyd edək ki, bu gün Bostanabad-Miyana (132 kilometr) dəmir yolu xəttinin açılışı olub. İran Prezidenti Həsən Ruhani açılışda iştirak edib.

Gələcəkdə marşrutun Təbriz dəmir yolu xəttinə birləşdirilməsi planlaşdırılır. Bu dəmir yolunun açılışı ilə Təbriz-Tehran arasında məsafə 5 saat yarım azalır.

Xatırladaq ki, gələcəkdə dəmir yolu xəttinin Naxçıvan Muxtar Respublikasına, Yerevan və Tiflisə birləşdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR