Türkiyədə son sutkada koronavirusdan 73 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 73  nəfər ölüb
# 16 oktyabr 2020 21:11 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 73 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nin cavabı pozitiv çıxıb, 1419 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  1445 nəfər olub.   

Türkiyədə ümumilikdə 301 098 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9153 nəfər ölüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR